Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarix bağışlamayacaq” adlı dəyirmi masa keçirilib

25.02.2022

25.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux şəhər kitabxana filialında 26 fevral Xocalı soyqırımı ilə bağlı "Tarix bağışlamayacaq" adlı dəyirmi masa təşkil olundu. Tədbirdə Samux şəhər kitabxana filialının əməkdaşları, Samux şəhər 3 saylı tam orta məktəbin müəllimləri və şagirdləri iştirak etdi. İlk öncə Xocalı soyqırımında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, şəhid olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova fevralın 25 -dən 26-na keçən gecə ermənilərin Xocalıda xalqımızın başına gətirdikləri vəhşiliklərdən danışdı. Samux şəhər kitabxananın kitabxanaçısı Fatma Mirzəyeva, kitabxananın multimedia resursları üzrə mütəxəssisi Samirə Ələkbərovada məktəblilərlə ermənilərin törətdiyi Xocalı Soyqırımı haqqında söhbətlər apardılar.

Tədbirdə iştirak edən 3 saylı tam orta məktəbin sagirdləri Xocalı Soyqırımı haqqında seirlər söylədilər. Tədbirin sonunda məktəblilər bədii kompazısiyalar göstərərək həmin günü xalqımıza edilən işgəncələri və vəhşiliyi bir daha iştirakçıların nəzərinə çatdırdılar.

 

106.7 KB

 

134.2 KB