Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı soyqırımını unutmayaq” mövzusunda onlayn tədbir keçirilib

25.02.2022

  25.02.2022-ci il tarixində  Kəlbəcər  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  Fətallar kənd kitabxana  filialında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar olaraq “Xocalı soyqırımını unutmayaq” mövzusunda onlayn tədbir keçirildi.Tədbiri giriş sözü ilə filial müdiri Rəfiqə Bayramova açaraq ,XX əsrin faciəsi olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil bütün insanlığa,bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olmasından danışdı.

Tədbirdə Kəlbəcər rayon 106 saylı tam orta məktəbin müəlimi Gülşən Qurbanova,Nəsimi rayon MKS-nin əməkdaşı və yazar Sevinc Rza,Zallar kənd kitabxana filialının müdri Sədəf  İbrahimova çıxış etdilər.Tədbirin sonunda şagirdlər Xocalı soyqırımına həsr olunmuş şerlər söylədilər.

 

102.4 KB

 

82.3 KB