25.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 25.02.2022-ci il tarixində Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Əsrin faciəsi” adlı anım günü keçirdi.
Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra filialın müdiri Firuzə Yunusova Xocalı Soyqırımı haqqında geniş çıxış etdi. Filialın kitabxanaçısı Günel Tanırverdiyeva öz çıxışında II Qarabağ müharibəsində Xocalı rayonunun azad olunmuş kəndinlərindən, Xocalı üzərində Azərbaycanın suverenliyinin bərqərar olunmasından, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasından bəhs etdi.
Tədbirdə Xocalıya, Qarabağa, Zəfərimizə həsr olunmuş şeirlər səsləndirildi. Tədbirdə filialın oxucuları iştirak etdilər.