Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı rayonunda ümumrayon Novruz şənliyi

19.03.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabrliyində olan Xocalı şəhər 4 nömrəli tam orta məktəbin stadionunda Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə ümumrayon Novruz şənliyi keçirildi.

Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, rayon idarə, müəssisə rəhbərləri və işçiləri, “N” saylı hərbi hissənin şəxsi heyəti, qəsəbə sakinləri iştirak edirdilər. Bayram şənliyində Xocalı şəhər 1 və 3 nömrəli Uşaq musiqi məktəbinin, Xocalı şəhər 1 və 4 nömrəli tam orta məktəblərinin kollektivləri fəal iştirak etdilər.

Şənlikdə milli adət-ənənələrimizi əks etdirən kompozisiyalar, əyləncəli səhnəciklər, şən mahnılar təqdim edildi. Novruz bayramının atributlarından olan Bahar qızının maraqlı təqdimatı, Kosa və Keçəlin komik söhbətləri, hərəkətləri, gənc pəhlivanların güləşi, xoruz döyüşü, gənclərin at üzərində göstərdiyi məharət və digər Novruz bayramına xas olan kompozisiyalar izləyənlər tərəfindən maraqla qarşılandı. Bayram şənliyində bişirilən milli xörəklərimiz, şirniyyatlarımız qəsəbə sakinlərinə və əsgərlərə paylandı.