25.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 25.02.2022 - ci il tarixdə Xocalı faciəsinə həsr edilmiş "Fəryad" filminə baxış və onun müzakirəsi adlı tədbir keçirildi.Fəryad filminə baxışdan öncə kitabxananın müdiri Natella Hacıyeva çıxış edərək Xocalı faciəsi haqqında məlumat verdi.Kitabxanaçı bildirdi ki,Xocalı soyqırımından 30 il keçməsinə baxmayaraq,hər birimiz bu faciənin ağrısını yaşayırıq.1992-ci il fevralın 25-dən 26 - na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş 366-cı alayın köməyi ilə Xocalı şəhərini zəbt edib,yüzlərlə dinc sakini öldürülüb,şikəst edilib, qocalar,uşaqlar, qadlnlar əsir götürülərək ağlasığmaz erməni zülmünə məruz qalıb.Kitabxanaçı qeyd etdi ki,bu faciə haqqında yüzlərlə kitab nəşr edilib,filmlər çəkilib və iştirakçıları Xocalı faciəsini özündə əks etdirən "Fəryad" filmini izləməyə dəvət etdi.Tədbirin sonunda film müzakirə olundu və qeyd olundu ki,bu filmdə əsas obraz Azərbaycan xalqı və Qarabağdır və burada mənfur erməni qonşularımızın iç üzü açılır.