25.02.2022
25.02.2022 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi şəhər Mədəniyyət evində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar "Xocalı harayı" adlı dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə şəhər Mədəniyyət evinin bədii rəhbəri Əliyeva Gülşən açaraq ilk öncə Xocalıda həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.O, öz çıxışında Xocalı soyqırımın Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olmasından və bu amansız qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olduğunu söylədi.Tədbirin davamında Samux şəhər bələdiyyəsinin üzvü Coqiyev Toğrul çıxışında erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandaliziminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktı olduğunu söylədi.Sonda şəhər bədii qiraət dərnəyinin üzvləri Xocalıya aid şeirlər söylədilər.