Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” XX Əsrin Faciəsi” adlı tədbit təşkil edilmişdir.

25.02.2022

24.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət Evi və Kitabxana filialının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu il dönümünə həsr olunmuş " XX Əsrin Faciəsi" adlı tədbit təşkil edilmişdir.
Mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, təşkil olunmuşdur.
 Tədbir iştrakçıları ilk öncə Goranboy rayonu ərazisində Yeni yaşayış massivində Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş,önünə tər qərənfillər düzərək Xocalı Şəhidlərinin əziz xatirəsini yad etdilər.
Sonra tədbir Şəfəq kənd Kitabxana filialında davam etdirilmişdir.
Çxış edən Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı  ətraflı məlumat verib. 
O, ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı haqqında dediyi sözləri xüsusi olaraq vurğulayıb: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Daha sonra natiq bildirmişdir ki, Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri çərçivəsində Xocalıda törədilən qırğınla bağlı bir sıra ölkələrdə silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında rolu danılmazdır. Məhz onun təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayır.
Artiq Şəhidlərimizin ruhu şaddır,biz doğma yurd-yuvalarımıza qovuşduq. 28-30 illik həsrətə birdəfəlik son qoyuldu. Bu Zəfər Qələbəsini Azərbaycan xalqına yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarına, qürurlu Azərbaycan Ordusuna sonsuz təşəkkürümü bildirirəm deyə S.Kazımova çıxışını yekunlaşdırmışdır.
Sonra məktəblilərin ifasında faciənin dəhşətli məqamlarını və erməni vandalizmini əks etdirən şer parçaları söylənilmişdir.

 

144.7 KB

 

116 KB