25.02.2022
24.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Çobanabdallı kənd kitabxana filialının təşəbbüsü Diyarşünaslıq evi və Çobanabdallı tam orta məktəbinin müəllim və şagirdləri, oxucuların iştirakı ilə 26 fevral Xocalı faciəsinı həsr olunmuş "Qan yaddaşımız"adlı anım günü keçirildi.Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri Fatma Əsgərova açıq elan etdi və ilk öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O qeyd etdi ki, Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu.Xocalı soyqırımı nəticəsində, 613 Xocalı sakini qətlə yetirilib.Xocalı əhalisini misli görünməmiş vəhşiliklə qətlə yetirdilər.Sonra çıxış üçün söz kitabxanaçı Ağca Abdıyevaya verildi.O qeyd etdi ki, Quşbaşıya qar yağırdı.O gecə dəhşət yaşandı.Xocalı bele bir vəhşilik ,belə bir müsibət ,belə bir dəhşət görməmişdi. Evlərə eşiklərə od vurub yandırdılar. Uşaqlara ,qocalara, qadınlara rəhmət etmədilər.Digər tədbir iştirakçılarıda çıxışlar etdilər.Sonda kitabxananın fəal oxucuları Xocalı faciəsinə aid şeirlər söylədilər.