Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əsrin qan yaddaşı- Xocalı soyqırımı” adlı tədbir keçirilib

25.02.2022

24.02.2022- ci il tarixdə Mir Cəlal Paşayev Ev Muzeyi və Mirzə Ələkbər Sabir adına 5 nömrəli tam orta məktəbin 5d sinifi ilə birgə "Əsrin qan yaddaşı- Xocalı soyqırımı" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin Elmi işçisi Tağıyeva Ellada açaraq 1992- ci il fevral ayının 26- da baş vermiş Xocalı soyqırımı haqqında geniş məlumat verdi. Daha sonra Azərbaycan dili və ədəbiyyat müəlliməsi Yeganə Mürsəlova şagirdlərlə birgə ədəbiyyat dərsliyinə  salınmış "Firuzə qaşlı xəncər" mövzusu ətrafında geniş müzakirə etdilər. Tədbir sinifin şagirlərinin "Xocalı" haqqında söylədikləri şeirlərlə sona yetdi.

 

61 KB

 

50.3 KB