Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə teatrı yaz tətilində uşaqları sevindirib

24.03.2018

Gəncə Dövlət Dram Teatrı məktəblilərin yaz tətili günlərində uşaqları Novruz bayramı münasibətilə əyləncəli proqram ilə sevindirib.

Bayram proqramında uşaqlar əvvəlcə Novruzun personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə tamaşa edib, onlarla birlikdə əyləniblər.

Sonra məktəblilər Novruz Cəfərovun “Keçəlin sərgüzəştləri” əsəri əsasında hazlrlanan eyniadlı tamaşaya baxıblar.

Teatrda bayram şənlikləri martın 27-dək davam edəcək.