24.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı 24.02.2022- ci il tarixdə Xocalı Soyqırımı faciəsinin 30 illiyi ilə əlaqədar "XX əsrin erməni vandalizmi" başlıqlı tədbir keçirtdi. İlk öncə Xocalı facıəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Böyük kitabxanaçı Risalə Həsənova soyqırım haqqında məlumat verdi. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz.
Tədbirdə iştirak edən Yaradıcılıq evinin kütləvi işçisi Kəmalə Nəsibova qeyd etdi ki, Xocalı soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülüb və əsir götürülüb, şəhər yerlə-yeksan edilib.