24.02.2022
23.02.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin və Xocalının Səsi qəzetinin birgə təşkilatçılığı ilə Gəncə şəhər ərazisində salınmış 600 ailəlik qəsəbədə məktəblilər üçün vətənpərvərlik ruhunda və Xocalı qətliamı adlı sənədli film nümayiş etdirildi.Filmdən əvvəl Xocalının Səsi qəzetinin redaktoru Qalib Bəyməmmədoglu, Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov, Xocalı rayon Kosalar kənd icra nümayəndəliyinin Baş mühasibi Vasif Bağırov Xocalı qətliamı haqqında şagirdlərə ətraflı məlumat verdilər.
Bildirildi ki,sənədli filmin nümayiş etdirilməsi başımıza gətirilən müsibətlərin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədini daşıyır.Eyni zamanda bu sənədli filmlər şagirdlərin vətənpərvərlik ruhunu mübarizlik əzmini və qisas hissini artırmalıdır.