Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ”Ümidlərin izi ilə” kitabının onlayn təqdimatını keçirilib

24.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı Xocalı faciəsinin 30-cu  ildönümü ilə əlaqədar dedektiv romanlar müəllifləri Müşfiq Xan və Şəmil Sadiqin  "Ümidlərin izi ilə" kitabının onlayn təqdimatını keçirdi.
Böyük kitanxanaçı Günel Əliyeva tədbiri açıq elan edərək  Xocalı faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Sonra iştirakçılara faciə haqqında məlumat verilərək qeyd olundu ki, Xocalı faciəsi bəşər tarixində ən dəhşətli hadisələrdən biri kimi qeyd olunur. O gecədən ki, təpədən dırnağa qədər silahlanmış quldur dəstələri Qarabağımızın Xankəndi bölgəsinə yerləşərən 366-cı alayı ilə birlikdə Xocalını yandırıb külünü göyə sovurdular.Əliyalın dinc əhaliyə olmazın işgəncələr verdilər. Bu qətliamı heç vaxt unutmamalı və həqiqətləri dünyaya çatdırılmasında əlimizdən gələni əsirgəməməliyik.Bəli, Xocalı faciəsi dünyada qətl və qəddarlıq simvoludur.
Kitab haqqında ətraflı məlumat verən kitabxanaçı iştirakçılara kitabla yaxından tanış olmaq üçün kitabxanaya müraciət etmələrini bildirdi.

 

28.7 KB

 

26.8 KB