Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı faciəsi-30” adlı onlayn konfrans keçirilib

24.02.2022

24.02.2022-ci iltarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin təşəbbüsü Xocalı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Samux rayon Heydər Əliyev Mərkəzinin, Samux Gənclər və İdman idarəsinin,Samux şəhər 1 saylı məktəb liseyin ,Samux MKS-nin filial kitabxanalarının və oxucularının iştirakı ilə 26 Fevral Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar olaraq “Xocalı faciəsi-30” adlı onlayn konfrans keçirildi.

Tədbirə başlamazdan öncə Azərbaycanın, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.

Tədbiri giriş sözü ilə açan Samux MKS-nin dirtektoru Telli Nəsibova 26 fevral Xocalı faciəsinin əsl soyqrım olduğunu və Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmadığını və unutmayacağını qeyd etdi.

Uşaq şöbəsinin müdiri Venera Məmmədova Xocalı faciəsində günahsızcasına qətlə yetirilən insanlar haqqında məlumat verdi.

Salmanova Samirə Xocalının əhalisi və iqlimi, kitabxanaçı Əliyeva Ləman Xocalıda erməni işğalı nəticəsində dağıdılmış abidələr haqqında, Qarayeva Pərvanə  Xocalının Milli Qəhrəmanları haqqında məlumat verdilər.

Xocalı faciəsinin canlı şahidi olan Xocalı rayon MKS-nin oxuculara xidmət şöbəsinin müdiri Əliyeva Nəsiqə   yaşadığı o dəhşətli faciəni anbaan söylədi sanki qorxulu bir yuxu olduğunu və bi faciəni bu terroru törədən erməni vəhşilərinin törətdikləri amansızlıqlardan danışdı.

Gəncə şəhər MKS-nin direktoru Fəridə Qədimova, Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux Gənclər   və İdman idarəsinin müavini Rasim İmamquliyev, Samux şəhər 1 saylı məktəb liseyin müəllim Gülnarə Məmişova Xocalı faciəsinin tarixi haqqında ,Azərbaycanlılara qarşı törədilən bu faciənin, terrorun dünyaya çatdırılmasından bəhs etdilər.

Samux şəhər 1 saylı məktəb liseyin 4-cü sinif şagirdləri uşaq şöbəsinin fəal oxucuları Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər.Sonda “ Xocalı Soyqırımı 5 yaşlı uşaq” adlı qısametrajlı film nümayiş olundu.

                                                                                                                 

 

175.4 KB