Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı harayı”adlı videokonfrans keçirilib

24.02.2022

Gəncə Regional Mədəniyyət Ìdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 24.02.2022-ci il tarixində Mədəniyyət Mərkəzi, kənd filialları və Gənclərin Ìnkişaf və Karyera Mərkəzinin Samux rayon nümayəndəliyi ilə birgə Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş"Xocalı harayı"adlı videokonfrans keçirildi.Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı.O, çıxışında Xocalı soyqırımı haqqında geniş məlumat verdi və bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib,onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib.
   Sonra, söz, Gəncə Regional Mədəniyyət Ìdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Əliyev Süleymana verildi.O, bildirdi ki, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir.Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır.Ermənilər, hətta meyitləri belə təhqir etmişlər.
  Ümummilli lider Heydər Əliyev 1mart 1994-cü ildə bu haqda xüsusi fərman imzalamışdır..Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və Milli Matəm günü"elan olunmuşdur.Bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
   Daha sonra söz,Qarayeri qəsəbə klubunun müdiri Həsənova Günelə verildi.O,da öz çıxışında ermənilərin xalqımıza törətdiyi vəhşilikdən danışdı.Amma yenə şükürlər olsun ki, Müzəffər Ordumuz və Ali Baş Komandanımızın dəstəyi ilə bu vəhşiliyin qisası alındı.Allah o günləri birdə bu xalqımızın tarixinə yazmasın.Allah bütün şəhidlərimizə rəhmət etsin

 

78.4 KB

 

80.7 KB