24.02.2022
24 fevral 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon MKS-nin Balakürd kənd kitabxana filialının işçiləri 26 fevral Xocalı Soyqırımının 30-cu il dönümünə həsr olunmuş “ Xocalı Soyqırımını unutma ! ” adlı tədbir keçirdilər.
Tədbirdə Balakürd kənd orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Tədbiri Böyük kitabxanaçı Vüsalə Ziyadova açdı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Böyük kitabxanaçı Vüsalə Ziyadova çıxış edərək erməni vandalları dəfələrlə xalqımızı soyqırıma məruz qoyub günahsız insanları vəhşicəsinə qətlə yetirib bunlardan ən dəhşətlisi isə Xocalı faciəsidir. Ancaq 2020-ci il sentyabrın 27-də başlanan vətən müharibəsi bütün bu faciəyələrə son qoydu. Qalib ölkənin qalib oğlulları Xocalının qisasını aldı. Tökülən qanlar yerdə qalmadı. Haqq ədalət öz yerini tapdı.
Tədbirin sonunda məktəblilər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirdilər.