24.02.2022
24.02.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanada Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar olaraq “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə MKS-in direktoru Sadiqə Quliyeva açaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq yatan şəhərə hücum edərək Azərbaycanlılara qarşı soyqırım törətmələrindən ,dinc sakinlərə amansızcasına divan tutulmasından 613 soydaşımız , o cümlədən 106 qadın,63 uşaq,70 qoca xüsusi qədarlıqla qətlə yetirilməsindən ,8 ailənin tamamilə məhv edilməsindən danışdı.Tədbirdə Uşaq İncəsənət məktəbinin direktoru Ədalət Əliyev,Xidməti şöbənin kitabxanaçısı Tamella Məhərrəmova çıxış edərək bildirdilər ki,Xocalı soyqırımına ilk dəfə hüquqi qiyməti Ümummilli lider Heydər Əliyev tərəfindən verilməsi, Pirezident Cənab İlham Əliyev tərəfindən haqqın və tarixi ədalətin bərpası yönündə aparılan məqsədyönlü siyasətdən,Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət”,kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərini beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən danışdılar.Tədbirdə Uşaq İncəsənət məktəbinin müəllimləri və Mərkəzi kitabxananın işçiləri iştirak edirdi.