Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir” başlığı altında söhbət keçirilib

24.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 24.02.2022- ci il tarixində "Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir" başlığı altında söhbət keçirdi.Tədbiri böyük kitabxanaçı Əliyeva Yeganə açıq elan edərək Xocalı və onun timsalında bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.Sonra o bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı mühasirəyə alınaraq dinc əhaliyə olmazın divan tutuldu.Bu vəhşiliyi ancaq nankor ermənilər törədə bilərdi.Dinc sakinlərə qarşı zorakılıqlar tətbiq edildi,qsdınlar girov götürüldü,neçə-neçə ailə tsmamilə məhv edildi,150-ə yaxın sakinin taleyi hələ də naməlumdur.Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi cinayətdir.Azərbaycan başda prezidentimiz İlham Əliyev olmaqla Xocalı faciəsini soyqırım kimi tanıtmağa davam edir.İkinci Qarabağ müharibəsində igid əsgərlərimiz ,mərd oğullarımız mənfur düşmənlərin layiqli cavabını verdilər.Bizim yolumuz haqqın yoludur.Sonda tədbir iştirakçıları "Qarabağ Azərbaycandır" başlıqlı sərgi ilə də tanış oldular.

 

201.9 KB

 

139.8 KB