24.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux şəhər Uşaq Musiqi Məktəbində 23.02.2022 ci il tarixində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ilk öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin və Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Xocalı soyqırımına həsr olunmuş tədbirdə məktəbin direktoru Ulviyyə Nadirova çıxış etdi. Sonra məktəbin şagirdlərinin ifasında "Xocalı harayı" adlı kompozisiya nümayiş olundu. Məktəbin Violin ixtisası üzrə müəllim Priyeva Tahirə Xocalı soyqırımına həsr olunmuş məruzə ilə çıxış etdi.