24.02.2022
24.02.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Xocalı Soyqırımının 30 illiyinə həsr olunmuş "Xalqımızın tarixinə qanla yazılmış Xocalı" adlı tədbir keçirdi.Tədbir Samux şəhər 1 saylı məktəb-liseyin 4a sinifi ilə birgə keçirildi.İlk öncə tədbiri Mədəniyyət Mərkəzinin müşayiətçisi Tağıyeva Şəlalə uşaqlari salamlayaraq açıq elan etdi və bildirdi ki,amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamı daima təbliğ edilərək gələcək nəsillərə çatdırılmalıdı.Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən biri Xocalı Soyqırımını və bütövlükdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.Tarixi qələbə qazanan ordumuz bu qətliamın, günahsız qurbanların qisasını aldı. Xocalıda,eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Tədbirdə şagirdlərə Xocalıya həsr olunmuş videorolik təqdim olundu və şagirdlər öz şeirləri ilə tədbiri sonlandırdı.