19.03.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialı 19 mart tarixdə Novruz bayramı münasibətilə “Saflığın, bərəkətin timsalı Novruz” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi.
Tədbirdə 39 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edirdilər.
Tədbiri kitabxananın müdiri Lyudmila Axundova açaraq iştirakçıları salamladı və bu bayram münasibətilə onları təbrik etdi. O, qeyd etdi ki, Bahar bayramı yazın gəlişi , xoş hislərin və təbiətin oyanışı deməkdir. Bu bayramda baharın ilk nəfəsi duyulur, torpaq oyanır, boynu bükük bənövşələr , nərgiz çiçəkləri ətir saçır.
39 saylı orta məktəbin müəlliməsi Sevda Məmmədova bildirdi ki, Novruz bayramını Ümummilli liderimiz Heydər Əliyev xalqımızı tarixən birləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran ünsür kimi qiymətləndirmişdir. Elə buna görə də Ulu Öndərimizə verilən “Siz hansı bayramı daha çox sevirsiniz,” sualına cavab olaraq söyləmişdir: “Mən Novruz bayramını daha çox sevirəm, çünki Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigarlarından biridir.”
Sonda söz məktəbin şagirdlərinə verildi. Şagirdlər Bahar bayramına aid ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.