Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı qan yaddaşımızdır” adlı məktəblilər arasında rəsm sərgisi təşkil olunmuşdur.

23.02.2022

23.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Xocalı Soyqırımı ilə bağlı "Xocalı qan yaddaşımızdır" adlı məktəblilər arasında rəsm sərgisi təşkil olunmuşdur.Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayonu üzrə baş məsləhətçisi Əliyev Süleyman, MİHİ-nin Samux rayon üzrə komitəsinin sədri Hüseynova Maviye və Mədəniyyət Mərkəzinin kollektividə ştirak etdi.Tədbirdə Samux rayonu üzrə baş məsləhətçisi Əliyev Süleyman Xocalı faciəsi haqqında məlumat verdi və fikrini Ölkə Prezidenti cənab İlham Əliyevin sözləri ilə tamamladı- “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir... Məqsədimiz Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir”.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə məktəb şagirdləri arasında yer tutanlara fəxri fərmanlar təqdim olundu.

I yer: Samux səhər 3 saylı tam orta məktəbin 9a sinif şagirdi Əsgərli Azərin Arzuman qızı.

II yer: Lək kənd orta məktəbin 7a sinif şagirdi Hüseynova Qönçə Qurban qızı.

III yer Hacıalılı kənd orta məktəbin 7a sinif şagirdi Muradova Zərəngiz Qorxmaz qızı.

 

223.6 KB

 

214.1 KB