Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Süleyman Ələsgərovun 98 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

23.02.2022

22.02.2022-ci il tarixində Naftalan şəhər uşaq musiqi məktəbində "Şuşa ili"ilə əlaqədar "Şuşa mədəniyyətinin inciləri"layihəsi çərcivəsində"Şuşanın simaları"ndan görkəmli Azərbaycan bəstəkarı və dirijor,professor Süleyman Ələsgərovun 98 illik yubileyinə həsr olunmuş tədbir keçirıldi.İlk öncə məktəbin musiqi ədəbiyyatı müəllimi Günel Məmmədova bəstəkarın həyat və yaradıcılığı barədə tədbir iştirakçılarını məlumatlandırdı,sonra bəstəkarın yaradıcılıq yolu ilə bağlı film izlənildi.Məktəbin müəllim və şagirdlərinin ifası ilə bəstəkarın"Bilsəm sən gəlirsən","Daimi hərəkət","Vətənimdir","İlk xatirələr","Skertso","Sözsüz mahnı","Rəqs-tokkata"kimi əsərləri təqdim olundu.Sonda məktəbin direktoru Almaz Əliyeva çıxış edərək,BMA-da təhsil alarkən diplom rəhbərinin Süleyman Ələsgərov olduğunu bildirdi və bəstəkarla bağlı təəssüratlarını bölüsdü.

 

78.8 KB