Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Açdı çiçək, gəldi yaz”

16.03.2018

16.03.2018-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Novruz bayramı münasibəti ilə “Açdı çiçək, gəldi yaz” başlığı altında 45 nömrəli Körpələr evi-Uşaq bağçası ilə birlikdə səhərcik keçirdi. Şöbənin kitabxanaçısı Nərmin Həsənova tədbir iştirakçılarını və körpələri bayram münasibətilə təbrik etdi. Sonra bayram şənliyi keçəl və kosanın gəlişi ilə başladı. Maraqlı və əyləncəli keçən tədbirdə uşaqlar bayram adət-ənənələrinə uyğun səhərcik göstərdilər. Uşaqlar Novruza aid şeirlər söylədilər, mahnılar oxudular, onların rəngarəng rəqsləri tədbiri daha da canlandırdı.

Tədbir uşaqların bayram tonqalı ətrafında yallı rəqsi ilə sona çatdı.