Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir” başlığı altında söhbət keçirilib

23.02.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 23.02.2022-ci il tarixində I Qarabağ müharibəsinində şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Rövşən Şəmil oğlunun anadan olmasının 55 illiyi ilə bağlı “Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir” başlığı altında söhbət keçirildi. Tədbirdə əvvəlcə  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.

Söhbəti şöbənin kitabxanaçısı Kifayət Sadıqova apararaq bildirdi ki, vətən deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Vətəni sevmək, vətəni qorumaq isə hər birimizin müqəddəs borcudur. Azərbaycan düşmən təcavüzünə məruz qalan zaman isə vətənimizin qəhrəman oğulları hər zaman onun müdafiəsinə qalxmış, vətənimizi göz bəbəyi kimi qorumuşlar. Belə qəhrmanlardan biridə I Qarabağ müharibəsinində qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Rövşəndir. Tədbirdə qəhrəmanın həyatı və döyüş yolu haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, vətənin ağır günündə bir neçə tələbə ilə müharibə bölgəsinə yollanan Rövşən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək düşmənin canlı qüvvəsini və texnikasını tək başına məhv edir, sönda isə qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Hüseynov Rövşən Şəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür. Tədbirin sonunda  şagirdlərlərin vətən mövzusunda fikirləri dinlənildi. Söhbətdə Gəncə şəhər Cəfər Cabbarlı adına 6№ - li məktəbin şagirdləri iştirak etdilər.

 

108.8 KB