23.02.2022
22.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evi və Kitabxana filialının birgə təşkilatçılığı ilə "Xalqımızın tarixinə qanla yazılmış Xocalı" adlı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Qaraçinar kənd Mədəniyyət Evinin və Kitabxana filialının kollektivləri Goranboy rayon Yeni Yaşayış Massivində ucaldılmış “Soyqırımı abidəsi” ziyarət etmiş, abidənin önünə tər qərənfillər düzülmüşdür. Tədbir Qaraçinar kənd Mədəniyyət evində davam etdirilmişdir.
Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahirə İmanova çıxış edərək bu günün tarixinə nəzər salmış, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildi. Daha sonra 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev soyqırımı faktına beynəlxalq hüquqi və siyasi qiymətin verilməsi üçün ardıcıl iş aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası bütün dünyanın diqqətini bu faciənin ədalətli qiymətləndirilməsinə yönəltdi.
İnsanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayət xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.
Biz bu gün mübariz və qalib xalqın nümayəndələriyik. 44 günlük Vətən Müharibəsində göstərilən igidlik və cəsurluq bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı öz doğma yurd yuvalarına qayıtdı. Xocalının qisası alındı.
Bizlərə bu Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarına və qüdrətli Azərbaycan Ordusuna minnətdarıq.