Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Su çərşənbəsinə həsr olunmuş bayram tədbiri keçirilmişdir

22.02.2022

21 fevral 2022-ci il tarixində Kəlbəcər Mədəniyyət Sarayında Gəncə Regional Mədəniyyət İdarəsinin  təşəbbüsü, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 2009-cu il sentyabrın 30-dan YUNESKO  tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş milli bayramımız Novruzun gəlişinin ilk carçısı olan Su çərşənbəsinə həsr olunmuş bayram tədbir keçirildi.

Tədbirdə  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov, Kəlbəcər  rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayev, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, YAP Gəncə Təşkilatının sədri Ramil Orucov, AMEA Gəncə bölməsinin sədri  akademik Fuad Əliyev, Gəncə Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Gənclər Baş İdarəsinin rəisi Həmid Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, şair, publisist, Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Muradov və digər mədəniyyət, incəsənət işçiləri iştirak etmişlər.

Öncə Azərbaycan  şəhidlərinin xatirəsi ehtiramla bir dəqiqəlik sükutla yad edildi.      Tədbirin aparıcısı, mərkəzi kitabxana oxu zalının müdiri Aidə Abdullayeva həzin musiqi sədaları altında novruz bayramı, onun atributlar, o cümlədən çərşənbələr haqqında iştirakçılara məlumat verdi. Səhnə bayram atributları, səmənilər, xonçalar ilə  bəzənmişdi.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçilərinin ifasında su çərşənbəsinə aid kiçik səhnəciklər, novruza aid fraqmentlər, ifa olundu, bayatılar, haxıştalar səsləndi. 

Bu bayram həm də qələbə sevincli, Zəfər təntənəli bir bayram kimi qeyd olunur.

Ümummilli liderimiz, əbədi müstəqilliyimizin əbədiyaşar memarı Heydər Əliyevin “Əsil fenomen kimi işğal altında olan ayrı-ayrı rayonların mütləq alınacağı, bu bayramların bir gün mütləq o məkanlarda keçiriləcəyi haqqında söylədiyi” sənədli film nümayiş etdirildi.  

Bayrama həsr olunmuş rəngarəng mahnı və rəqslər  iştirakçılarda  yüksək əhval ruhiyyə yaratdı.

Bu il zəfər təravətli, qələbə ruhlu novruzumuz Kəlbəcərli, Zəngilanlı, Qubadlılı, Ağdamlı, Füzuli və Cəbrayillı, xarı bülbüllü Şuşalı - QARABAĞLI gəlir! QARABAĞLI su çərşənbəniz mübarək olsun.                            

Tədbirdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Gəncə qönçələri” rəqs  kollektivi də iştirak etmiş və Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin rəsm sərgisi nümayiş etdirilmişdir.

Tədbirin sonunda  Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova bütün tədbir iştirakçılarına, kitabxana kollektivinə, tədbirin ərsəyə gəlməsində xüsusi zəhməti olan, Gəncə Regional Mədəniyyət idarəsinin məsləhətçisi Rahib Hüseynova öz səmimi təşəkkürünü bildirdi. Hər kəsə su ömrü, su saflığı, su paklığı arzuladı.

Üç qardaş ölkələrin bayraqları altında “Azərbaycan” mahnısı ilə tədbir sona çatdı.

 

349.7 KB

 

362.3 KB