Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib

22.02.2022

22.02.2022-ci il tarixdə Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar olaraq Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə tədbir keçirildi.İlk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Muzeyin direktoru Tofiq Məmmədov çıxış edərək Xocalı soyqırımı haqqında geniş məlumat verdi. Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyev vətənpərvərlik mövzusunda çıxış edərək ordumuzun düşmən üzərindəki parlaq qələbəsindən danışdı.Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədalətin bərpa olmasından geniş söhbət açdı.26 fevraladək silsilə tədbirlər davam etdiriləcək.

 

83.7 KB

 

80.8 KB