Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Şuşa musiqimizin beşiyidir ” adlı dəyirmi masa keçirilib

22.02.2022

Goranboy rayon MKS-nin  Qızılhacılı  qəsəbə kitabxana filialının işçiləri  Şuşa şəhərinin yaradılmasının  270 illiyi ilə əlaqədar  “ Şuşa musiqimizin beşiyidir ” adlı dəyirmi masa keçirildi.
     Tədbirdə Qızılhacılı qəsəbə Diyarşunaslıq evinin işçiləri fəal oxucular iştirak etdilər. Qızılhacılı qəsəbə kitabxana filialının müdiri Tamaşa Aslanova, kitabxanaçı Tükəzban Məmmədova, Diyarşunaslıq evinin mədəni təşkilatçısı  Gülnaz Mehdiyeva çıxış edərək bildirdilər ki, Azərbaycanın əlçatmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pəhlivan xan tərəfindən qoyulmuşdur. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib.
     Azərbaycana qarşı başladığı hərbi təcavüzü nəticəsində Ermənistan Respublikası 1992-ci il may ayının 8-də Şuşa şəhərini işğal etmişdir. Ordumuzun qətiyyətli mübarizəsi nəticəsində tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Tədbirin sonunda tədbir iştirakçıları kitab sərgisi ilə tanış oldular.

 

133.7 KB