Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıllarımızı yaşadaq.

16.03.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı hər həftənin V günləri “ Birgə mütaliə edirik ” adlı layihə ilə əlaqədar tədbirlər keçirir. 16.03.2018 – ci il tarixdə mənəvi dəyərlərimizi bütün çalarları ilə özündə əks etdirən şifahi ədəbiyyatımızı – nağıllarımızı, bayatılarımızı, laylalarımızı və s. təbliğ etmək məqsədilə “ Nağıllarımızı yaşadaq ” başlığı altında sərgi keçirtdik. Məqsədimiz Azərbaycan və dünya xalqlarının nağılları ilə uşaqları yaxından tanış etmək, onlarda mərd və cəsur olmaq, vətənə sevgi, hörmət kimi hissləri aşılamaq idi. Sərgini kitabxanaçı Vüsalə Mustafayeva aparırdı. O, əvvəlcə uşaqlara insanın həyatında kitab və kitabxanaların oynadığı mühüm rolundan danışdı, sonra isə kitabxananın fondunda olan, kiçikyaşlı oxucular üçün nəzərdə tutulan 30 adda kitablarla onları tanış etdi. Nağıllar müxtəlif başlıqlar altında sərgilənmişdi.