Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ana dilim ulu dilim adlı şeir saatı keçirilib

22.02.2022

21.02.2022-çi il Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nın filialı Qovlarsarı kənd kitabxanası,Qovlarsarı kənd tam orta məktəbli oxucularla birgə "Ana dilim ulu dilim adlı şeir saatı keçirildi.Tədbiri giriş sözü ilə filialın müdiri Xəlilova Nəzmiyə Beynalxalq ana dili haqqında məlumat verdi.Beynalxalq ana dili günü 1952-ci il fevralın 21 də Banqladeş Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.1999- cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESKO tərəfindən fevralın 21-i beynəlxalq Ana dili günü elan edildi.Sonra Qovarlarsarı kənd kitabxanasının kitabxanaçısı Həsənova Aytən, Qovlarsarı klubunun kütləvi təşkilatçısı Aslanova Etibar ana dili haqqında çıxış etdilər. Sonda Qovarlarsarı tam orta məktəbinin şagirdləri S.Rüstəmin, S.Rüstəmxanlının,B.Vahabzadənin ana dili haqqında olan şeirlərindən söylədilər.

 

97.6 KB