22.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı və Seyidlər kənd tam orta məktəbi ilə birgə 21 fevral tarixində Beynəlxalq Ana Dili günü münasibətilə oxucularla “Ana dilim mənim varlığımdır” adlı ənənəvi tədbir keçirdi. Tədbiri giriş sözü ilə açaraq filial müdiri Məmmədova Xatirə öz çıxışında qeyd etdi ki,dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Sonra Seyidlər kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Bayramova Lalə Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsindən danışdı. Tədbirin sonunda məktəb şagirdləri Ana dilimizə aid şeirlər söylədilər.