21.02.2022
21.02.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı və 18 nömrəli tam orta məktəbin birgə təşkilatçılğı ilə 21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə “Milli varlğın ifadəsi” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslədirildi.
Tədbirdə Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri filialın müdiri Esmira Həsənova açaraq bildirdi ki, “Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl cavahirata dəyişməyin!” ( Şah İsmayıl Xətai)
Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
18№-li Tam orta məktəbin müəlimi Ülkər Bağırzadə öz çıxışında bildirdi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Dünyada məhv olmaq təklükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsidir, millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır.
Tədbirdə 18№-li Tam orta məktəbin 1-ci, 2-ci, 4-cü, 8-ci sinif şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi”, “Şirin dil” mahnıları,“Sinif otağı”,“ Anamın kitabı” səhnəcikləri, “Ana dilim”, “Azərbaycan dili”, “Türkün dili”, “Ana dili” şeirləri səslədirildi. Həmçinin 8-ci sinif şagirdlərinin “Şuşanın dağları” mahnısına həsr olunmuş rəqsi təqdim edildi.
Tədbirin sonunda xatirə şəkli çəkildi.
Tədbirdə 18№-li Tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi.