Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dil xalqın təfəkkürünün güzgüsüdür” başlığı altında sərgi keçirilib

21.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialında 21.02.2022-сi il Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Dil xalqın təfəkkürünün güzgüsüdür” başlığı altında sərgi təşkil edildi.

Kitabxanaçı Niyazova Sahilə qeyd etdi ki, Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Daha sonra Niyazova Sahilə kitabxanada təşkil olunmuş sərgi ilə iştirakçıları  tanış etdi. Sərgidə Cəfər Cabbarlı adına 6 saylı orta məktəbin şagirdləri iştirak etdilər.Tədbir iştirakçıların marağına səbəb oldu.İştirakçılar tədbirdən xoş təəssüratla ayrıldılar.

 

61.8 KB