16.03.2018
16.03.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin 24 №li kitabxana filialı 24№li orta məktəblə birgə Novruz bayramı münasibətilə “Bahar bayramın mübarək Azərbaycan!” adlı musiqili ədəbi-bədii gecə keçirdi.
Tədbirdə iştirak edən məktənin direkroru Şərafət Məmmədova Novruz bayramı münasibətilə hamını təbrik etdi, xalqımıza əmin-amanlıq, bol ruzulu süfrə arzuladı. Kitabxanaçı Rahilə Qasımova isə iştirakçılara Novruz bayramının adət-ənənələrindən, gözəl xüsusiyətlərindən danışdı: Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.
Tədbirin bədii hissəsində məktəblilər bahara, Novruza həsir olunmuş şeirlər, mahnılar oxudular və halay qurub, haxışda deyib yallı ifa etdilər. El ağsaqlı əli qopuzlu “Ozan” oğuz elinin övladlarını Novruzun gəlişi münasibətilə təbrik etdi. Tədbirdə Novruz bayramının atributları olan “Kosa və Keçəl”, “Bahar qız” öz çıxışları ilə tədbir iştirakçılarına xoş əhval ruhiyyə bəxş etdilər, məktəblilərlə birgə rəqs etdi.