Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dilimizi sevək və qoruyaq”adlı kitab xülasəsi keçirilib

21.02.2022

21 Fevral 2022- ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Abonement  şöbəsində  21 Fevral Beynəlxalq ana dili günü ilə bağlı”Dilimizi sevək və qoruyaq”adlı kitab xülasəsi keçirildi.

Tədbiri kitabxananın baş kitabxanaçısı  Afaq Bağırova  açaraq bildirdi ki, 21 Fevral dilimizin gözəlliklərini, incəliyini, saflığını, orijinallığını və müqəddəsliyini öyrədən və öyrənənlərin günüdür.  Sərgilənən hər bir kitabda dilimizin  tarixini ecazkarlığını ,  incəliyinin əks etdirən”Mübariz Yusifov Dövlətçilik və dil”, “ Dilçilik ensiklopediyası”,  Aysel Qəribli Azərbaycan dili anlayışının tarixi, ”V, Fon Humboldt Dilliərin milli xarakteri haqqında”,  ”Fikrət Rzayev Söz konstruktorluğu. Sözün sirri” və s.kitabları haqqında  kitabxanaçı oxucuları məlumatlandırdı  və  oxuculara  daha çox ədəbiyyat oxumaq tövsiyə etdi..

Tədbirdə kitabxananın fəal oxucuları  iştirak edirdi.

 

116.2 KB