Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan dili milli varlığımız, mənəvi sərvətimizdir”başlığı altında şeir saatı keçirilib

21.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 21 fevral 2022-ci il tarixdə "Azərbaycan dili milli varlığımız, mənəvi sərvətimizdir"başlığı altında Beynəlxalq Ana dili Günü ilə bağlı şeir saatı keçirdi.Tədbiri giriş sözü ilə Abdullayeva Aidə açıq elan edərək dedi: 21 fevral bütün dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd olunur.Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumağa borcludur.Ana dili insanın dünyagörüşündə,mükəmməl təhsil almağında,öz soydaşları ilə ünsiyyət  qurmasında mühüm rol oynayır.
Tədbirdə şagirdlər ana dilimiz haqqında  şeirlər söylədilər.
Bu dil şirinlikdə şərbət kimidir,
Saflığı qorunan sərhəd kimidir,
Anamız Vətən də qürbət kimidir-
Öz ana dilini bilməyənlərə!

 

137.1 KB