21.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı Beynəlxalq Ana Dili günü ilə əlaqədar "Ana dilimiz qürur mənbəyimizdir" başlıqlı sərgi təşkil etmişdir. Tədbiri kitabxanaçı Gülarə Ələkbərova apardı. O, ilk öncə iştirakçılara bu günkü gün haqda qısa məlumat verdi. Belə ki, bu əlamətdar gün 1999-cu il BMT-nin təşəbbüsü ilə UNESCO tərəfindən elan olunub. 21 fevral Beynəlxalq Ana Dili Günü Azərbaycanda da qeyd olunur. Dil hər bir millətin Maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləmini zənginləşdirməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz siydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərəötürməkdir.
Sonra tədbir iştirakçıları təşkil olunmuş sərgi ilə tanış oldular.