19.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 18.02.2022-ci il tarixində Gəncə şəhər 37 saylı orta məktəbin VIII sinif şagirdləri ilə birlikdə Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimizi sevək-sevdirək” adlı şeir saatı keçirdi. Tədbiri 9 saylı kitabxana filialının müdir əvəzi Nərgiz Məmmədova açıq elan etdi və torpaqlarımızın azad edilməsində canlarından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini bildirdi. Nərgiz Məmmədova çıxışında Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasından, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilməsindən danışdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirən Nərgiz Məmmədova hər il 21 fevral günü kitabxanada müxtəlif səpkili tədbirlər keçirildiyindən danışdı. Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin VIII sinif şagirdlərindən Amil Abbasov, Cavid Məmmədov, Təranə Qurbanova, Cabbar Musayev, Aylin Məmmədova, Brilyant Əliyeva və başqaları xalq şairlərindən Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Tofiq Bayramın, Qəmbər Şəmşiroğlunun “Ana dilim” adlı şeirlərini söylədilər.