Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qisasın alındı Xocalım” mövzusunda görüş keçirilib

19.02.2022

18 fevral 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət Idarəsi Goranboy rayon  Mərkəzi Kitabxananın Uşaq şöbəsi 4saylı internat tipli gimnaziyanın müəllim və şagirdləri ilə Xocalı faciəsinin 30 -cu il dönümü ilə əlaqədar "Qisasın alındı Xocalım" mövzusunda görüş keçirildi. Əvvəlcə Vətənin suverenliyi, azadlığı uğrunda canından keçən şəhidlərimizin həmçinin, Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Goranboy rayon  Uşaq Kitabxanasının müdiri Rəna Məhərrəmova tədbiri açaraq Xocalı faciəsi haqqında geniş məlumat verdi.Uşaq şöbəsi oxu zalının müdiri Samirə Əliyeva  "Xocalıya qayıdırıq"adlı məruzə ilə çıxış edərək qeyd etdi ki otuz il bundan öncə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq,106-sı qadın,70 qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib,25uşaq hər iki  valdeyni.130 uşaq valideyinlərindən birini itirib 26 uşağın taleyi bu günədək məlum deyil Ancaq bu gün onların ruhu şaddır  çünki Müzəffər Ali Baş komandan İlham Əliyevin dəmir yumruğu və Qüdrətli Azərbaycan ordusunun gücü sayəsində onların qanı yerdə qalmadı.Məktəblilər Xocalı dəhşətlərini əks etdirən Səriyyə Müslümqızının "Xocalı Uşaqları qan içində qar çiçəyi" adlı kitabla tanış oldular.Tədbirdə məktəblilər  Hərbi-Vətənpərvərlik mövzusunda şelər söylədilər.Məktəblilər "Bu tarixi unutmayaq"adlı sərgi ilədə tanış oldular.Xocalı soyqırımına həsr olunmuş  silsilə tədbirlərimiz davam edəcək.

 

313.9 KB