19.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Ana dili milli sərvətimizdir" başlıqlı onlayn şeir saatı keçirdi. Tədbiri böyük kitabxanaçı Günel Əliyeva açaraq, 21 Fevral Beynəlxalq Ana Dili Gününün tarixi haqqında qısa məlumat verdi. Qeyd etdi ki, bu günün təsis olunmasında əsas məqsəd hər bir dövlətin milli və mənəvi dəyərlərinin qorumasını, onu təbliğ etməsi üçün gələcək nəsillərə ötürməsindən ibarətdir. Dünyada bütün dillər bir-birindən müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Azərbaycan dilinin dünya dillərdən fərqi ondadır ki, bu dil öz axarlılığı, dilə yatımlılığı, səlistliyi ilə dünya dilləri arasında xüsusilə seçilir. Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Tədbirin davamında oxuculara "Ana dili milli varlığımızın aynasıdır" adlı video çarx təqdim olundu. Oxucuların ifasında X.R.Ulutürkün, B.Vahabzadənin, T.Bayramın "Ana dilim", "Günəşimdir mənim dilim" və s. şeirlərini səsləndirildi.