19.02.2022
19 fevral 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncə Dövlət Kamera Orkestrinin konserti keçirilmişdir. Orkestrin bədii rəhbəri Respublikanın Xalq artisti Rafael Bayramovdur.
Solistlər Respublikanın Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, Rüstəm Cəfərov, Vasif Bayramov və Elnur Pişnamazzadə. Konsertdə həmçinin Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin violin ixtisası üzrə V sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı, qran-pri mükafatçısı Toğrul Quluzadə də çıxış etmişdir.