Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Samux Doğma Diyarım mənim”adlı mövzu sərgisi keçirilib

18.02.2022

18.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının uşaq şöbəsi Samux rayonunun yenidən bərpasının 30 illiyi munasibəti ilə “Samux Doğma Diyarım mənim”adlı mövzu sərgisi keçirildi. Sərgidə iştirak edən oxuculara uşaq şöbəsinin kitabxanaçısı Məmmədova Zəminə Samuğun tarixi haqqında məlumat verdi.18 fevral 1992-ci il tarixində Samux rayonu yenidən təsis olunmuş və adı özünə qaytarılmışdır. Samux rayonu ölkəmizin ən qədim bölgələrindən olub tarixi olduqca qədimdir. Samux Hindistandan başlayıb Qara dənizə gedən quru ticarət yolu üzərində ən mühüm ticarət məntəqəsi olmaqla ölkəmizdə yeganə çay limanına sahib olmuşdur. Limanın qalıqları günümüzdə Samux rayonu ərazisində el arasında Qarasaqqal (Qarasaklar) adlı yerdə "Şəhər burnu" adlandırılan məkanda xarabalıqları qalmaqdadır. Samux MKS nin direktor əvəzi Telli Nəsibova bu gün Samux rayonunun inkişafından, aparılan abadlıq quruculuq işlərindən bəhs etdi.Sərgidə iştirak edən uşaq şöbəsinin oxucularıda rayonumuzla bağlı məlumatları paylaşdılar. Həmçinin oxucuların verdiyi suallar cavablandırıldı.

 

152.5 KB