18.02.2022
17.02.2022-ci il tarixdə Naftalan şəhər Mərkəzi Kitabxanada Mədəniyyət Mərkəzinin,Kitabxananın və Tarix Muzeyinin əməkdaşlarının iştirakı ilə Şuşa ili ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Muzeyin direktoru E. Quliyev çıxış edərək mədəniyyətimizin beşiyi olan Şuşa haqqında və yetirdiyi mütəfəkkirlər haqqında geniş məlumat verdi. Daha sonra Mədəniyyət Mərkəzinin müdiri A. Quliyev mövzu ətrafında çıxış etdi.