18.02.2022
18.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Samux rayonunun yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirdi. Tədbir Samux şəhər 1 saylı məktəb-liseyin 4a sinifi ilə birgə təşkil olunmuşdu.Tədbiri Mədəniyyət Mərkəzinin müşayətçisi Tağıyeva Şəlalə şagirdləri salamlayaraq açdı və Samux rayonu haqqında geniş məlumat verdi. Şagirdlərə Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən Samux rayonu haqqında albom hədiyyə olundu. Daha sonra isə Samux rayonundan bəhs edən videoroliklər təqdim olundu və şagirdlər də öz növbəsində Samux rayonu haqqında şeirlər söylədilər.