Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qəhrəman Şirin Mirzəyevin anadan olmasının 75 illiyi münasibətilə

18.02.2022

18.02.2022-ci il tarixində Xocalı rayon mədəniyyət evində rayon mədəniyyət evinin və Xocalı rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Milli Qəhrəman Şirin Mirzəyevin anadan olmasının 75 illiyi münasibətilə pandemiya şəraiti nəzərə alınaraq masa ətrafında tədbir keçirildi. Tədbirdə Xocalı rayon mədəniyyət evinin və Xocalı rayon Mərkəzi Kitabxanasının işçiləri iştirak etdilər.

            İlk öncə şəhid bir dəqiqəlik sükutla yad edildi.

            Rayon mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxış edərək şəhidin həyat və yaradıcılığından qısa danışdı. O bildirdi ki, 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Şirin Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqa-mətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək şəhid olmuşdur. Ölümündən sonra 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edildi.

            Rayon MKS-in Oxuculara xidmət şöbəsinin müdiri Nəfiqə Əliyeva çıxış edərək bildirdi ki, Şirin Mirzəyevin yolu respublikada örnək göstərilə biləcək bir döyüş yoludur. Şirin Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri yerinə yetirir. Bir komandir kimi Ş.Mirzəyev həmişə ön cəbhədə döyüşür. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirir və hətta, ucqar yerlərə silahların çatdırımasına belə özü rəhbərlik edir.

            Sonda Şirin Mirzəyev və onun timsalında digər şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr dilənildi.

 

109.2 KB