18.02.2022
18.02.2022-ci il tarixde Gəncə Regional Mədəniyyət ídarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər kitabxana filialında keçmiş adət-ənənələrimizin təbliği məqsədilə "Xızır Nəbi bayramı"başlığı altında ədəbi-bədii gecə keçirdi.
Tədbirdə filialın müdiri Məryəm Məmmədova bütün iştirakçıları salamladıqdan sonra,bayram münasibətilə hər kəsi ürəkdən təbrik etdi.Ədəbi-bədii gecədə keçmişi əks etdirən aksesuarlardan istifadə edilmişdir.Gənclərə keçmişdə "Xıdır Nəbi"bayramının necə krçirilməsi haqqinda məlumat verildi.Bu bayram böyük çille ile kiçik çillə arasında qeyd edilirdi.Tədbir iştirakçılarına buğdanın qovurulub,qovuda necə çevirilməsi göstərildi.Tədbirdə 1 saylı orta məktəbin müəllim və şagirdlərindən başqa,qocaman oxucular da iştirak edirdilər.Sonda iştirakçılar bayramla bağlı şeirlər söylədilər.
Tədbiri keçirtməkdə məqsədimiz itirilmiş adət-ənənələrimizin unudulmamasıdır.