Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bizə miras qoyub ərən babalar Dilimiz, torpağımız, qeyrətimiz.

19.03.2018

19.03.2018 – ci tarixdə Gəncə  şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Bizə miras qoyub ərən babalar,Dilimiz,torpağımız, qeyrətimiz” adlı ədəbi-bədii kompozisiya keçirtdi.Tədbirdə ilk olaraq soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi.Kitabxananın müdiri Natella Hacıyeva çıxış edərək,1918 – ci ilin 30 mart və 3 aprel tarixləri arasında daşnak erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışdı və bu soyqırımı Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli və qanlı hadisələrdən biri olduğunu bildirdi.25 saylı orta məktəbin tarix müəllimi Rəfiqə Məmmədova çıxış edərək,soyqırıma hüquqi siyasi qiymət verilməsində ümummilli liderin müstəsna rolu olduğunu, 26 mart 1998 – ci il tarixli fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildiyini qeyd etdi.Sonra kitabxananın fəal oxucuları ardıcıl olaraq 3 dildə: azərbaycan, rus, ingilis dilində çıxış edərək qeyd etdilər ki,1918 – ci ilin mart – aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlı qətlə yetirdilər.Bakıda 30 min azərbaycanlı öldü, Şamaxı qəzasında 58 kənd dağıdıldı,7 min insan o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirildi.Quba qəzasında 122 kənd tamamilə məhv edildi, Qarabağın dağlıq hissəsində 150 kənd, Zəngəzur qəzasında 115 kənd, İrəvan quberniyasında 211 kənd, Qars vilayətində 92 kənd yandırılıb qarət edildi.Sonra tədbirdə erməni vandalizmindən bəhs edən videoçarxa baxıldı.Tədbir kitabxananın əməkdaşları və fəal oxucularının hazırladıqları tarixi faktlara əsaslanan ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatdı.