Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Samux rayonunun yaranmasının 30 illiyi ilə bağlı onlayn videokonfrans keçirilmişdir

17.02.2022

17.02.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları ilə birgə Samux rayonunun yaranmasının 30 illiyi ilə bağlı onlayn videokonfrans keçirildi.

Tədbirdə Samux rayon Ağsaqqallar şurasının Sədri, şair Bayramov Gəray və Yeni Samux qəzetinin müxbiri Əhmədov Azər də iştirak edirdilər.

Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən​ Məmişov Arif açdı. O, təbrik iştirakçılarını salamladı və Samux rayonu haqqında geniş məruzə ilə çıxış etdi. O, bildirdi ki,​ Samux rayonu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 18 fevral 1992- ci il tarixli 72 saylı qərarı ilə mərkəzi Səfərəliyev şəhər tipli qəsəbəsi olmaqla keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilmişdir. Milli Şuranın 31 dekabr 1992-ci il tarixli qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi adlandırılmışdır. Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanunu ilə Nəbiağalı qəsəbəsi və Kolayır kəndi birləşdirilərək Samux qəsəbəsi adlandırılmış və Samux qəsəbəsinə şəhər statusu verilmişdir.
Sonra sözü Ağsaqqallar şurasının Sədri, şair  Bayramov Gəraya verildi. Ölkəmizin digər bölgələri kimi, Samux da sürətlə inkişaf edir. Burada müasir görkəmli, milli üslublu, gözəl, yaraşıqlı binalar tikilir. Baxdıqca göz oxşayır. Samux həm də kənd təsərrüfatı rayonudur. Burada əhali əsasən bitkiçilik və maldarlıqla məşğul olur. İndi Samuxda tərəvəz, kartof, günəbaxan, qarğıdalı, bostan bitkiləri becərilir. Samuxun təhsil, mədəniyyət sahələrində də uğurları çoxdur. Samux haqqında nə qədər danışsaqda azdır. Samuxun​ idman sahəsində olan uğurları və əldə etdiyi nailiyyətləri daim göz önündə olmuşdur. Samux igidləri Vətən müharibəsində gözlərini belə qırpmadan şəhidlik zirvəsinə ucalmış​ və Samuxun adını hər zaman yüksəkdə tutmuşdular. Belə igidlərimizi bugünki gənclərə​ nümunə​ göstərmək olar və sonda Bayramov Gəray şəhidlərimiz haqqında yazdığı şeirlərini tədbir iştirakçılarına təqdim etdi. Digər tədbir iştirakçılarıda Samuxun yaranması haqqında məruzələr və şeirlər səsləndirdilər.

 

81.7 KB