17.02.2022
16.02.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxananın oxu zalında II Qarabağ müharibəsinin şəhidləri Taleh Yusifov və Qəzənfər Abdullayevin xatirəsinə həsr olunmuş “Şəhidlik zirvəsinə ucalanlar”adlı görüş keçirildi.Tədbir şəhid anaları Mələk Yusifova, Zəminə Salmanova, şəhidlərin ailə üzvləri,döyüş yoldaşları, dostları, sinif yoldaşları, 777 saylı hərbi hissənin zabitləri, Gəncə Dövlət Universitetnin tarix kafedrasinin baş müəllimi Bəxtiyar Məhərrəmov, Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi və uşaq ədəbiyyatının görkəmli nümayəndəsi şairə Aləmzər Əlizadə, “Novosti Гянджа”qəzetinin müxbiri Mahir İsayev, Gəncə Maarif Evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev, Samux rayonu Ziyadlı kənd tam orta məktəbinin müəllim və şagirdləri, ,Gəncə şəhər 37 saylı tam orta məktəbin şagirdləri, Gəncə şəhər Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbin şagirdi Türkan Tağıyeva , Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başladı.. Gəncə şəhər MKS- nin direktor əvəzi Fəridə Qədimova tədbiri açıq elan edərək şanlı ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi böyük qəhrəmanlıq nəticəsində işğal altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsindən , igid oğullarımızın misli görünməmiş şücaətindən , və bu cəngavərlərin igidllikləri unutmamağa, gələcək nəsillərə ötürməkdən danışdı. O, şəhidlərimizin övladlarının gələcəyinə görə hamımızın məsuliyyət daşıdığını, onların xoşbəxtliyinin təminatında əlimizdən gələn hər şeyi etməyin vacibliyini vurğuladi. Gəncə Dövlət Universitetnin tarix kafedrasinin baş müəllimi Bəxtiyar Məhərrəmov, şairə Aləmzər Əlizadə və b. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazmasından, onun rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınmasından, şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlərin mütəmadi keçirilməli olduğunu, vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışdı. Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısının hiss edildiyini vurğuladılar və göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər. Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi. MKS-nin direktor əvəzi Fəridə Qədimova şəhid analarına belə qəhrəman övladlar yetişdirdikləri üçün minnətdarlıq edərək qəhrəman oğullar var olduqca bu Vətənin də var olacağını söylədi!